Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünən aksiyada döyüldüyünü iddia edən jurnalistlərlə bağlı - Açıqlama

Dünən bir qrup şəxs Penitensiar Xidmətin Müalicə müəssisəsinin qarşısına toplaşaraq AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun həbsi ilə bağlı aksiya keçirməyə cəhd edib. Aksiyada iştirak edən şəxslər və mitinqi yayımlayan jurnalistlər polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldıqlarını iddia edirlər.

Jurnalist Aysel Umudova sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, paytaxtın Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları eynəyini sındırıblar. Onun sözlərinə görə, jurnalistləri polis maşınına sürüyərək atıblar:

"Əməkdaşlarınıza iş başında olduğumu bildirsəm də, məhəl qoymadılar. Telefonumu əlimdən aldılar və içinə girməklə hədələdilər".

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə “Kriminalqafqaz”a açıqlamasında bildirib ki, aksiyada iştirak edənlərə qarşı fiziki təzyiq göstərilməsi, onlara xəsarət yetirilməsi iddiaları əsassızdır: 

“Orada toplaşan 4-5 nəfər ərazidən uzaqlaşdırılıb. Bu zaman xəsarət alan, saxlanılan, fiziki təzyiqə məruz qalan heç kəs olmayıb. Polis əməkdaşlarının oradakı xidməti fəaliyyəti tam qanunlara uyğun olub. Heç kimə xəsarət yetirilməyib, hər hansı bir insident baş verməyib“.

Hüquqşünas Ələsgər Məmmədli də məsələyə reaksiya verərək bildirib ki, peşə fəaliyyətini icra edən jurnalistlərə qarşı qanunsuz hərəkət edən, onların ictimai açıq məkanda informasiya toplamasına qəsdən, zor tətbiq edərək mane olan polis əməkdaşları cinayət məsuliyyəti daşıyır: 

“Prokurorluq orqanları bu fakt üzrə cinayət işi başlama öhdəliyi daşıyır. Ombudsman bu məsələyə etiraz etməli və DİN-dən izahat tələb etməlidir. Mətbuat Şurası bu məsələni qınamalı və DİN-dən zəruri tədbir görməsini tələb etməlidir. İnformasiya toplayan jurnalisti əşya kimi avtobusa atıb, gözlüyünü qırmaq, vasitələrini əlindən almaq, asfalta çırpmaq, həbs etmək hərəkətə keçmək üçün yetərli deyilsə, özlərini ləğv edib, getməlidirlər”.

Ə.Məmmədli qeyd edib ki, kütləvi tədbirləri ictimailəşdirən jurnalistlər fərqlənmək üçün “press” gödəkçə geyinsələr yaxşı olar: “Bu, qanunun tələbi deyil, sadəcə, praktik bir şeydir. Ola bilər iştirakçı ilə jurnalisti ayırd etmək çətin olar. Amma şəxs jurnalist vəsiqəsini təqdim etdikdən sonra təzyiqə məruz qalırsa, bunun qəsdən edildiyini demək olar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən çox oxunanalar